...

Azərbaycanda 129 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Cəmiyyət Materials 30 Sentyabr 2022 16:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, 9 917 nəfər vəfat edib, aktiv xəstə sayı 936 nəfərdir. Ölkədə son sutka ərzində 2 400, hazırkı dövrədək isə 7 249 967 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti