...

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2022 11:17 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimi olub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimi olub.

Trend-in məlumatına görə, yeni tədris ilindən etibarən Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayıb.

Doqquz min kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”ndə (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.

Təhsil müəssisəsində Azərbaycan, Avropa, Amerika və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.

Qeyd edək ki, Maarif Vəqfi xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif Məktəbləri və 50.000-ə yaxın şagird təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti