...

Azad edilmiş ərazilərdə meşələri sürətli bərpa etmək üçün bitkilərin boy stimullaşdırıcıları yaradılıb

Cəmiyyət Materials 5 Oktyabr 2022 10:11 (UTC +04:00)
Azad edilmiş ərazilərdə meşələri sürətli bərpa etmək üçün bitkilərin boy stimullaşdırıcıları yaradılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə meşələri sürətli bərpa etmək üçün bitkilərin boy stimullaşdırıcıları yaradılır.

Bunu Trend-ə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Baş direktoru Vaqif Abbasov deyib.

V.Abbasov bildirib ki, Ermənstanın suveren Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə 54 min hektar meşə sahəsi məhv olub.

“Torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu meşələrin sürətli bərpası üçün bitkilərin boy stimullaşdırıcılarının yaradılması sahəsində işlər aparılır və bu isitqamətdə geniş sınaqlar keçirilib.

Hətta bu sınaqların bir çoxu Qarabağda keçirilib. Biz azad olunmuş ərazilərdə meşələrin sürətli bərpasını təmin etməyə hazırıq. Digər tərəfdən azad olunmuş ərazilərdə aqrar sektorun sürətli inkişafını təmin etməyə hazırıq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti