...

Bakıda yaşıl zonaların sahəsini 3 min hektara çatdırmaq niyyətindəyik - Nazir müavini (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2022 10:48 (UTC +04:00)
Bakıda yaşıl zonaların sahəsini 3 min hektara çatdırmaq niyyətindəyik - Nazir müavini (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şəhərlərin dayanıqlı planlaşdırma konsepsiyası və bərpa üzrə baş plan artıq azad edilmiş ərazilərdə reallaşdırılır.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Azərbaycan hökuməti azad edilmiş ərazilərin baş planına uyğun olaraq "ağıllı" şəhərlər və kəndlər, "yaşıl" iqtisadiyyat və dayanıqılı inkişaf kimi konsepsiyalar reallaşdırır", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, ekoloji dayanıqlı şəhərlərin yaradılması tullantı və su ehtiyatlarının idarə olunması ilə yanaşı Azərbaycan üçün prioritet məsələlərdəndir.

"Hökumət sıfır tullantı səviyyəsinə keçid istiqamətində, həmçinin sənaye müəssisələrinin tullantılarının, nəqliyyat çirklənməsinin tənzimlənməsinə diqqət ayırır. Biz artıq ekoloji baxımdan münasib və hibrid nəqliyyatın tətbiq olunması üçün şərait yaratmışıq", - o deyib.

F.Əliyev qeyd edib ki, əsas prioritetlərdən biri də şəhərlərin yaşıllaşdırılmasıdır.

"Bu konsepsiya Bakı şəhərinin baş planını da nəzərdə tutur. Bununla biz Bakıda yaşıl zonaların sahəsini 3 min hektara çatdırmaq niyyətindəyik. Bu, ümumilikdə 25 kilometrə bərabər olacaq", - nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti