...

ADRA əməkdaşlarına təlimlər keçiriləcək (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2022 15:16 (UTC +04:00)
ADRA əməkdaşlarına təlimlər keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə reklam daşıyıcılarında Azərbaycan dilinin saflığının qorunması, dilimizin düzgün tətbiqi və digər məsələlər müzakirə edilib. Fikir mübadiləsi zamanı reklam lövhələrində yol verilən nöqsanların statistikasının ADRA tərəfindən hazırlandığı bildirilərək qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımının dayandırıldığı vurğulanıb. Reklamın kreativ və yaradıcı sahə olduğu qeyd edilərək sahibkarların fikir və ideyaları nəzərə alınarkən orfoqrafiya qaydalarının da unudulmaması diqqətə çatdırılıb.

Toplantıda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mütəxəssislərinin açıq məkan reklamlarında Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi məsələlərinin təkmilləşdirilməsi məqsədilə, ADRA-nın bu sahəyə məsul əməkdaşları üçün maarifləndirici təlimlər keçirməsi qərara alınıb. Həmçinin reklam qurğularında dilimizin tətbiqi ilə bağlı maarifləndirici çarxların yayımının davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti