...

DİN Ağdamda minaya düşərək yaralanan şəxslərlə bağlı məlumat yayıb

Cəmiyyət Materials 8 Oktyabr 2022 20:46 (UTC +04:00)
DİN Ağdamda minaya düşərək yaralanan şəxslərlə bağlı məlumat yayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər daxili işlər orqanları əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti