...

AYB-nin qurultayının keçiriləcəyi vaxt açıqlanıb

Cəmiyyət Materials 13 Oktyabr 2022 15:40 (UTC +04:00)
AYB-nin qurultayının keçiriləcəyi vaxt açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı 26 oktyabr saat 10-da öz işinə başlayacaq.

Bu barədə Trend-ə AYB-dən məlumat verilib.

Bildirilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti