...

Yollarda vəziyyət necədir?

Cəmiyyət Materials 26 Oktyabr 2022 09:39 (UTC +04:00)
Yollarda vəziyyət necədir?
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hal-hazırda Bakıda avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, aşağıdakı istiqamətlərdə sıxlıq və tıxac müşahidə olunur.

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində

Məqalədə:
Xəbər lenti

Xəbər lenti