...

Tibbi Xidmət İdarəsi Bio-Etika komissiyasının ilk iclası keçirilib

Cəmiyyət Materials 26 Oktyabr 2022 14:25 (UTC +04:00)
Tibbi Xidmət İdarəsi Bio-Etika komissiyasının ilk iclası keçirilib

Bakı. Trend:

25 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin sədrliyi ilə Bio-Etika komissiyasının ilk iclası keçirilib.

İclasda Mərkəzi Gömrük Hospitalının bazasında klinik tədqiqatların, o cümlədən beynəlxalq çoxmərkəzli tədqiqatın aparılması üçün daxil olmuş 3 müraciətə baxılıb.

Əsas tədqiqatçılar çıxış edərək hər bir klinik tədqiqat haqqında məlumat vermiş, komissiya üzvlərinin suallarını cavablandırmışdır. Müzakirələrdən sonra komissiya təqdim edilmiş tədqiqatların qəbul olunmuş etik standartlara cavab verdiyini nəzərə alaraq, onların Mərkəzi Gömrük Hospitalı bazasında keçirilməsi üçün müsbət rəy vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti