...

Azərbaycanda “Huawei Günü 2022”

Cəmiyyət Materials 28 Oktyabr 2022 10:00 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 25-də Bakıda "İnkişafdan zövq alın, birlikdə qazanın" mövzusuna həsr olunmuş "Huawei Günü 2022" konfrans həyata keçirildi. Konfransda İKT sahəsində yerli və qlobal tendensiyalar, bazarda tərəfdaş biznesin inkişaf perspektivləri, o cümlədən yeni texnoloji həllər və məhsullar "Huawei" şirkətinin ekspertləri, tərəfdaşları və müştəriləri tərəfindən müzakirə olundu.

Tədbirdə çıxış edən "Huawei" şirkətinin Azərbaycan üzrə Baş Direktoru David Syu bildirib ki, "Huawei" 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. İKT sənayesində lider şirkətlərdən olan "Huawei" şirkəti məlumatların saxlanması və ötürülməsi sistemləri, rəqəmsal enerji və bulud texnologiyaları kimi geniş çeşidli qabaqcıl həllər təklif edir. Məhsullarımız və həllərimiz əsas fərqimizdir. "Huawei" uzun müddətdir ki, Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq edir. Məqsədimiz bütün sənayelər üzrə müştərilər üçün rəqəmsal xidmət sahəsinə təkan verməkdir. İnanırıq ki, tərəfdaşlarımız vasitəsilə müştərilərimizə sürətlə dəyişən dünyada uğur qazanmağa və sənayelər arasında yeni dəyərlər yaratmağa kömək edə bilərik".

David Syu, "Huawei Azerbaijan", Baş Direktor

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadiyyat və Ticarət müşaviri Ma Çi Azərbaycanda "Huawei Günü 2022"-nin uğurla həyata keçirilməsi münasibətilə təbrik edərək qeyd etdi ki, "2004-cü ildə Azərbaycan bazarına daxil olduğu vaxtdan bu günədək "Huawei" hər zaman istifadəçi tələblərinə əməl edib. Qabaqcıl texnologiyalar, etibarlı məhsullar, mükəmməl həllər və yüksək keyfiyyətli xidmətlərlə, "Huawei" Azərbaycanda telekommunikasiya və rəqəmsal sənayenin inkişafına kömək göstərərək, müvafiq sahələrdə insan resurslarının yetişdirilməsinə dəstək verib.

Azərbaycandakı digər dövlət idarələri və müəssisələri "Huawei" haqqında daha çox öyrənə, əməkdaşlığı müzakirə edə və Azərbaycanın informasiya və kommunikasiya infrastrukturunu birgə təkmilləşdirə, neft və qaz, təhsil, kənd təsərrüfatı, maliyyə və fotovoltaik (PV), yeni enerji vasitələri, milli məlumat mərkəzləri və ağıllı şəhərlər kimi sahələrdə rəqəmsal transformasiyanı gücləndirə və təkmilləşdirə bilərlər. İnanırıq ki, "Huawei" və Azərbaycanın tərəfdaşları və müştərilərinin birgə səyləri Çin-Azərbaycan, elm və texnologiya sahəsində ikitərəfli strateji əməkdaşlığı yeni daha prespektivli səviyyəyə çatdıracaq".

Ma Çi,
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadiyyat və Ticarət müşaviri

Huawei Eurasia tərəfdaş biznesinin direktoru Vanq Eryonq vurğuladı ki, “Huawei” tərəfdaşlara konsultasiya xidmətləri, hərtərəfli texniki dəstək, nəzərə çarpan inteqrasiya üstünlükləri ilə seçilən həllər və nümayiş imkanlarından, təlim platformalarından, tərəfdaş portallarından, icmadan istifadə imkanları, resurslar və marketinq fondları təqdim edir.

Vanq Eryonq, Huawei Eurasia, Tərəfdaş biznesin inkişafı departamentinin direktoru

Azərbaycanda keçirilmiş "Huawei Day 2022" konfransının digər əsas məruzəçiləri "Marvel Azərbaycan"ın Biznesin İnkişafı Meneceri Zarina Hacıyeva, "Code Academy"nin direktoru Ülvi Aslanov və Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Departamentinin rəhbəri Nailə Allahverdiyeva Azərbaycanda ekosistem quruculuğunun vacibliyini vurğuladılar.

Korporativ Biznes Qrupu haqqında

"Huawei" Korporativ Biznes Qrupu hər bir təşkilata, o cümlədən hökumət və ictimai sektorlara, maliyyə xidmətlərinə, enerji, nəqliyyat, istehsal və digər sektorlar daxil olmaqla, tam əlaqəli, intellektual dünya üçün rəqəmsal texnologiya gətirmək öhdəliyini öz üzərinə götürür. Huawei diqqətini İKT infrastrukturuna yönəldib və geniş çeşiddə məhsul və həllər təklif edərək bulud hesablamaları, geniş datalar, əlaqə, Əşyaların İnterneti (IoT) və süni intellektdə (AI) texnologiya imkanlarından istifadə edir. "Huawei" öz ekosistem tərəfdaşları ilə simbiotik əlaqələr qurmağı və ümumi uğur əldə etməyi hədəfləyir. Bu məqsədə nail olmaq üçün biz İKT platformalarımızı, qlobal marketinq platformalarımızı, təlim və xidmət platformalarımızı tərəfdaşlarımıza açmaq üçün bütün səylərimizi səfərbər etmişik və bazarda uğuru təmin etmək üçün birlikdə çalışırıq. Biz, həmçinin sənaye standartlarının inkişafını və rəqəmsal texnologiyaların qəbulunu təşviq etmək üçün çalışırıq. Bu tədbirlər vasitəsilə müştərilər üçün birgə dəyər yaratmağa, sənayeləri inkişaf etdirməyə və davamlı inkişafa nail olmağa çalışırıq. Hazırda Fortune Globe 500 siyahısında 267-ci yerdə qərarlaşan, və ümumilikdə dünya üzrə 700-dən çox şəhər rəqəmsal transformasiya tərəfdaşı kimi "Huawei" şirkətini seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti