...

9 ay ərzində 2 mindən çox sənaye mülkiyyəti obyekti qeydiyyatdan keçirilib - COPAT

Cəmiyyət Materials 2 Noyabr 2022 10:08 (UTC +04:00)
9 ay ərzində 2 mindən çox sənaye mülkiyyəti obyekti qeydiyyatdan keçirilib - COPAT
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin 9 ayı ərzində ixtiraya dair 62, faydalı modelə dair 22 və sənaye nümunəsinə dair 20 pa­tent verilmiş, 2231 əmtəə nişanı və bir coğrafi göstərici qeydiyyata alınıb.

Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən (COPAT) bildirilib.

Qeyd olunub ki, eyni zamanda, patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 337, əmtəə nişanına dair şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 597, əmtəə nişanlarına dair 968 və patentlərə dair 3 dəyişikliklər edilməsi haqqında bildiriş qeydiyyata alınıb.

"Həmin dövr ərzində Agentlik tərəfindən sənaye mülkiyyəti obyektləri üzrə 100 müqavilə qeydiyyata alınıb. Onlardan 87-si əmtəə nişanları üzrə hüquqların ve­­ril­mə­­sinə (206 əmtəə nişanına dair), 5-i iddia sənədi üzrə əmtəə nişanı üçün üzrə hü­quq­­ların ve­­ril­mə­­sinə (9 əmtəə nişanına dair), 5-i əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə (9 əmtəə nişanına dair), 3-ü patent üzrə hüquqların verilməsinə dair (8 patent üzrə) aiddir", - məlumatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti