...

Azərbaycanda İT sahəsinə maraq əhəmiyyətli dərəcədə artıb - Nazir müavini

Cəmiyyət Materials 5 Noyabr 2022 16:15 (UTC +04:00)
Azərbaycanda İT sahəsinə maraq əhəmiyyətli dərəcədə artıb - Nazir müavini

Bakı. Trend:

Son beş il ərzində Azərbaycanda informasiya texnologiyaları (İT) sahəsinə maraq əhəmiyyətli dərəcədə artıb.

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil nazirinin müavini Muxtar Məmmədov IT Akademiyanın açılışında deyib.

Onun sözlərinə görə, nazirlik bu sahədə mütəxəssislərin sayının hər il artmasını gözləyir.

Nazir müavini əlavə edib ki, ölkə qısa müddət ərzində bu istiqamətdə böyük uğurlara nail olub.

"Texnologiyalar və IT həllər demək olar bütün istiqamətlər üzrə bütün prosesləri sadələşdirir: məişətdə, istehsalatda, biznesdə və hətta hərbi sənayedə, biz 2020-ci ildə, 44 günlük müharibədə bunun şahidi olduq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti