Bakı. Trend:
Xalqımızın şanlı qələbə qazandığı Vətən Müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş abşeronlu şəhidlərin anım günlərində yad edilməsi davam etdirilir. Şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov, Zaur Ələsgərli, Emil Əhmədov, Teymur Quliyev, Səbuhi Məcidov, Əli Əliyev, İlkin Abdullayev, Bəhruz Əhmədovun anım günləri, o cümlədən Tural Məmmədovun doğum günü qeyd edilib.
Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət etmiş, qəhrəmanlarımız ehtiramla anılıb.
Görüşlərdə, eləcə də keçirilən anım tədbirlərində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən
siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da
qazanılan uğurlardan, Ermənistanın sülh müqaviləsi imzalamaqdan
başqa çıxış yolunun olmamasından, işğaldan azad olunmuş
ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq
işlərindən danışılmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə
dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi
qeyd edilib.
Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da “Zəfər
Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Xırdalan
şəhərində şəhidlərimizin əziz xatirəsinə Xatirə Kompleksinin inşa
olunduğunu və tezliklə açılışının olacağını vurğulayan RİH-nin
başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək
onları ziyarət edib.
Şəhid ailələri və qazilər də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulamış, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.