...

Zəngilan "ağıllı" şəhərinin baş planı gələn il təqdim olunacaq

Cəmiyyət Materials 21 Noyabr 2022 13:03 (UTC +04:00)
Zəngilan "ağıllı" şəhərinin baş planı gələn il təqdim olunacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin mayında Zəngilan "ağıllı" şəhərinin baş planının Azərbaycan hökumətinə təqdim olunması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Ağalı "ağıllı" kənd layihəsinin rəhbəri Donhvan Li "Dövlət xidmətlərinin rəqəmsallaşdırılması və dayanıqlı məskunlaşma" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu layihə nəqliyyat, yanğınsöndürmə və digər dövlət xidmətləri sektorunda rəqəmsal texnologiyaların tətbiqini əhatə edir.

"Şəhərin nəqliyyat sisteminin, park yerlərinin, avtobus dayanacaqlarının inteqrasiya olunmuş idarəetmə mərkəzləri, təbii fəlakələtlər barədə xəbərdarlıq, asayişin mühafizəsi sahələrində idarəetmə mərkəzləri yaradılacaq. Layihə, həmçinin kənd təsərrüfatı sektorunu əhatə edir.Biz bununla əlaqədar olaraq Azərbaycan və Cənubi Koreya dövlət strukturlarının nümayəndələri və ekspertlər arasında bir sıra görüşlərin keçirilməsini planlaşdırırıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti