...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 Dekabr 2022 16:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 300 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 132, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 925 234, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 639, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 762, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 173 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti