...

Bu ölkələrdən Azərbaycana gələnlərin sayı kəskin artıb

Cəmiyyət Materials 17 Dekabr 2022 11:48 (UTC +04:00)
Bu ölkələrdən Azərbaycana gələnlərin sayı kəskin artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 177 ölkəsindən 1458,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 27,7 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,4 faizi Səudiyyə Ərəbistanı, 5,0 faizi Gürcüstan, 3,6 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla İsrail və Özbəkistan, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 33,8 dəfə, Küveytdən - 22,4 dəfə, Pakistandan - 20,5 dəfə, Səudiyyə Ərəbistanından - 17,2 dəfə, Hindistandan - 13,5 dəfə, Özbəkistandan - 6,7 dəfə, Qazaxıstandan - 4,9 dəfə, İsraildən - 3,9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 3,3 dəfə, ABŞ-dan - 3,0 dəfə, Almaniyadan - 2,6 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 40,5 faiz, Gürcüstandan - 29,5 faiz artıb.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə artaraq 330,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 68,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 515,6 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti