Bakı. Trend:
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası altıncı gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları və sülhməramlılar dünya çempionatının üçüncü yer uğrunda oyununu - Xorvatiya-Mərakeş qarşılaşmasını birlikdə izləyiblər. Bunun üçün aksiya keçirilən ərazidə böyük monitor quraşdırılıb.
Rusiya sülhməramlıları Mərakeşin Xorvatiyanın qapısına vurduğu qola da seviniblər.