...

Baş Prokurorluğun Mətbuat xidmətinin yeni rəhbəri təyin edilib

Cəmiyyət Materials 20 Dekabr 2022 14:13 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyinatı olub.

Trend-in məlumatına görə, Baş Prokuror Kamran Əliyevin əmri ilə Hacıyev Saleh Ruslan oğlu bu vəzifəyə təyin edilib.

Saleh Hacıyev bu vəzifəyə qədər Baş Prokurorun xüsusi məsələlər üzrə köməkçisi olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq vəzifəyə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti