Bakı. Trend:
Gənclərin uğurlu karyera qura bilməsi üçün xüsusi metodika hazırlanıb
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Gələcəyə hazır ol” karyera inkişaf forumunda panel müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, gənclər çox zaman valideyn təzyiqi altında ixtisas seçimi edirlər və nəticə olaraq yaxşı karyera qura bilmirlər.
M.Abbaszadənin sözlərinə görə, son 3 ildə xüsusi bir metodika hazırlanıb.
“Bu metodika erkən yaşda şəxsin hansı istiqamətdə təhsil alsa, uğurlu karyera qura biləcəyini müəyyənləşdirir. Bunun üçün sorğular toplanıb və 15-17 yaş arasında gənclər üçün bu metodikanın tətbiqinə başlanılıb”,- deyə o əlavə edib.