Bakı. Trend:
Müharibə əlilləri ilə bağlı ciddi işlər aparılır, onlar üçün dünyanın ən müasir protezləri alınıb.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
O bildirib ki, 201 müharibə əlili dördüncü nəsil müasir protezlərlə təmin edilib: "Ümumilikdə, 380 müharibə əlilliyi olan şəxslər müasir protezlərlə təmin edilib".