Bakı. Trend:
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
Nazirlər Kabineti “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmık tapşırılır.
Fərman 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq.