Bakı. Trend:
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat paylaşıb.
Trend xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları 44 gün davam edən Vətən müharibəsində canından keçən igid oğullarımızın ailələrini ziyarət ediblər.
Şəhidlərin valideynləri ilə həmsöhbət olan polislər, onların qayğıları ilə maraqlanıb, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə gətirdikləri sovqatları təqdim ediblər.
Görüşlər zamanı Vətən müharibəsində əldə etdiyimiz qələbənin şəhidlərimizin, qazilərimizin və hazırda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə edildiyi vurğulanıb.
Şəhid ailələri onlara göstərilər diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin bütün kollektivinə təşəkkür ediblər.