...

Ötən il meşələrə dəymiş ziyanla bağlı 3 minə yaxın protokol tərtib edilib (FOTO)

Cəmiyyət Materials 6 Yanvar 2023 12:13 (UTC +04:00)
Ötən il meşələrə dəymiş ziyanla bağlı 3 minə yaxın protokol tərtib edilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə qanun pozuntularına yol verildiyi üçün 10 min 124 akt, 2 min 112 protokol tərtib edilib. Onlardan 3 minə yaxını meşələrə dəymiş ziyanla bağlıdır.

Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, söhbət vəzifəli şəxslərdən gedir.

"Ötən il 6 milyon 700 min manatlıq iddia qaldırılıb ki, ondan 4 milyon 662 min 127 manat dəymiş ziyanın ödənilməsi təmin edilib.

Ötən illə müqayisədə bir sıra sferalarda, atmosfer çirklənməsində azalma müşahidə olunub. Ən çox qayda pozuntusu yaşıllığa dəymiş ziyanla bağlıdır", - H.Əlizadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti