Bakı. Trend:
Paytaxtın Nərimanov rayonunda naməlum şəxs məktəbli qızı oğurlamağa cəhd edib.
Trend-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videogörüntüdə naməlum şəxs azyaşlı qızı oğurlayaraq başqa istiqamətə aparmağa cəhd edir. Azyaşlı isə buna etiraz edərək həmin şəxsin əlindən çıxaraq mağazaya daxil olur.
Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib.
Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxsin məktəbli qızı oğurlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Trend-ə bildirib ki, hadisə araşdırılır:
Onun sözlərinə görə, hadisə barədə tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcək.