Bakı. Trend:
Bələdiyyələrlə bağlı islahatların aparılması barədə Milli Məclisdə dinləmələr keçiriləcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
"Bu istiqamətdə lazım olan qanunların qəbulu, regional strukturlarda islahatların aparılması üçün yaz sessiyasında çox ciddi iş görməliyik.
Azərbaycanda bələdiyyələrdə islahatların aparılması ilə bağlı bu il bizim qarşımızda çox ciddi məsələlər qoyulub”, - deyə o qeyd edib.