...

“Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” monoqrafiyasının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2023 17:28 (UTC +04:00)
“Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” monoqrafiyasının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Yanvarın 25-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü Hümeyir Əhmədovun və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktor müavini, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət işçisi Xatirə Bəşirlinin müəllifi olduğu “Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” monoqrafiyasının təqdimatı keçirilib.

Trend xəbər verir ki, təqdimatda tədqiqatçılar, pedaqoqlar, təhsil işçiləri, ədəbiyyat və incəsənət adamları, mətbuat işçiləri iştirak edib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov
giriş nitqi ilə çıxış edərək, , tədbir iştirakçılarını salamlayıb. O, Müəllifləri təbrik edib və monoqrafiya haqqında fikirlərini bildirib.

Çıxış üçün ilk söz filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyevə verilib. Ə.Quliyev təqdim edilən monoqrafiya haqqında geniş məruzə edərək bildirib ki, Azərbaycan türklərinin tarixən yaratdığı mədəniyyətin əsas hissəsini xalq bayramları və inanclarımız təşkil edir ki, bu da milli-mənəvi dəyərlərimizin formalaşmasında böyük rol oynayır. Kitabda dini, milli, xalq bayramlarımızdan başqa, mühüm və əlamətdar tarixləri özündə əks etdirən dövlət bayramlarımız haqqında da geniş məlumatlar verilir. Bu monoqrafiya gənclərin milli-mənəvi əxlaqının, dünyagörüşünün formalaşmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, ARTİ-nin elmi katibi, prof. Akif Abbasov təqdimatı baş tutan kitabın rəyçisidir.

Tədbirdə Təhsil şurasının sədri prof. Hikmət Əlizadə, ARTİ-nin direktor müavinləri Aydın Əhmədov, mərkəz direktoru dosent İlham Cavadov, şöbə müdirləri prof. İntiqam Cəbrayılov, dos. Elxan Bəylərov, Təhsil Muzeyinin direktor müavini Zülfiyə Şiriyeva, Hüseyn Cavid Ev Muzeyinin direktoru, prof. Gülbəniz Babaxanlı, “Pedaqogika” Jurnalının baş redaktoru prof. Fərahim Sadıqov, Kitab evi İB-nin rəhbəri, AYB-ın üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzərova, Ümumtəhsil məktəblərinin rəhbərləri və nümayəndələrindən Zeynəb Əliyeva, Elmira Rəhimova iştirak edib.

Yekunda ARTİ-nin direktor müavini Aydın Əhmədov, Respublika Təhsil Şurasının sədri, BDU-nun prof. Hikmət Əlizadə, ARTİ-nin baş elmi məsləhətçisi, prof. Vidadi Xəlilov, “Pedaqogika” jurnalının baş redaktoru, prof. Fərahim Sadıqov çıxış edərək kitabın Azərbaycanın milli adət-ənənələrinin, dilinin, dini inancının, əxlaqi dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün dəyərli mənbə rolunu oynayacağını vurğulayıblar və müəllifləri təbrik ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti