Bakı. Trend:
2022-ci ildə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Trend-in məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad olunub: " Aparılmış xidməti araşdırmalarla aşkar edilmiş faktlar əsasında 2 prokurorluq işçisi barəsində cinayət işi başlanıb"
Bundan başqa, kadr məsələlərinə toxunan Baş prokuror 2022-ci
ildə şəffaf prosedurlar əsasında həyata keçirilmiş müsabiqə
nəticəsində 83 nəfərin işə qəbul edildiyini, 224 prokurorluq işçisi
barəsində həvəsləndirmə tədbirinin tətbiq edildiyini
vurğulanıb.
Həmçinin gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları
məqsədilə ötən il ərzində Avropa Şurasının İnsan hüquqları və
qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları
Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1
prokurorluq işçisi ezam olunmuş, həmçinin 3 nəfər hazırda
Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə
qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay
kurslarında iştirak edib.