Bakı. Trend:
Dövlət Miqrasiya Xidmətinə mətbuat katibi təyin olunub.
Trend xəbər verir ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.
Qeyd edək ki, Natəvan Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.