...

Gültəkin Hacıbəyli barədə cinayət işinə xitam verildi

Cəmiyyət Materials 1 Fevral 2023 16:38 (UTC +04:00)
Gültəkin Hacıbəyli barədə cinayət işinə xitam verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəyli barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, Gültəkin Hacıbəylinin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verib.

Qeyd edək ki, iş üzrə xüsusi ittihamçı Leyla Arif olub.

Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib.

Gültəkin Hacıbəyli Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti