...

Ötən il 215 uşaq övladlığa götürülüb, 1337 monitorinq aparılıb

Cəmiyyət Materials 7 Fevral 2023 09:47 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlərin Nazilrik tərəfindən qısa müddətdə elektron platforma üzərində qurulması təmin olunub və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.

Bu barədə Trend-ə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O qeyd edib ki, bu sahədə işlərin davamı olaraq, 2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb.

Onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır.

"Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1337 monitorinq aparılıb. Hər monitorinqdən sonra sosial işçi hazırladığı hesabatı altsistemə daxil edir. Övladlığagötürmədən sonra aparılan monitorinqlə bağlı altsistemdə - övladlığa götürülən uşaqların uçotu bölməsində aparılan monitorinqlərin nəticələri barədə qeydlər aparılır.

Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır", - deyə V. Behbudov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti