...

“Qardaş Köməyi” Platformasının iclası keçirildi: “Türkiyə və Azərbaycan Tək Ürəkdir”

Cəmiyyət Materials 10 Fevral 2023 22:21 (UTC +04:00)
“Qardaş Köməyi” Platformasının iclası keçirildi: “Türkiyə və Azərbaycan Tək Ürəkdir”

Bakı. Trend:

Fevralın 10-da Azərbaycan Sahibkarlar Konfederasiyasında Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə yaradılmış “Qardaş Köməyi” Platformasının iclası keçirilib. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının koordinasiyası ilə həyata keçirilən yardımlarla bağlı mövcud vəziyyət müzakirə edilib və işlərin sistemliliyini daha da yüksəltmək üçün müvafiq qərarlar qəbul edilib.

İclası açan “Qardaş Köməyi” Platformasının rəhbəri, Konfederasiyanın Rəyasət Heyətinin üzvü və MÜSİAD Azərbaycan-ın sədri Rəşad Cabirli qeyd edib ki, bütün məntəqələr gərgin iş şəraitində çalışır və çeşidlənən yüklər vaxtaşırı olaraq Türkiyəyə yola salınır. Platforma Türkiyənin ölkəmizdəki səfirliyi ilə birbaşa çalışdığından tırların çıxması və logistika məsələlərində çevikliyi təmin etməyə çalışırlar. Türkiyəyə keçdikdən sonra isə bu yardımlar AFAD-ın müvafiq strukturlarına təhvil verilir. Beləliklə, Azərbaycandan gedən yardımların birbaşa ünvanına çatması üçün “Qardaş Köməyi” Platforması sistemli logistika koridoru yarada bilib.

Görüşdə vurğulanıb ki, hazırda mövcud ehtiyac siyahısına uyğun olaraq yardımların qəbul edilməsi və qablaşdırılması daha vacibdir. Xüsusən də rayonlardakı məntəqələrdə qablaşdırma və çeşidləmə, əlavə israfa yol verməmək üçün məlumatlandırmanın yüksəldilməsi vacibdir. Bu məqsədlə kommunikasiyanın koordinasiya edilməsi üzrə xüsusi qrupun yaradılması, regionlardan olan yardımların koordinasiya edilməsi üçün məsul şəxsin seçilməsi və onun vəzifə öhdəlikləri, eləcə də yardımların Gürcüstan gömrüyündən sürətli keçidini təmin etmək üçün hüquqi prosedurların çevikliyinin artırılması qərara alınıb.

Qeyd edək ki, Platformanın iştirakçılarının böyük aktivliyi sayəsində Türkiyədəki qardaş-bacılarımıza çatacaq yardımlarda hər bir vətəndaşın, iş adamımızın böyük aktivlik nümayiş etdirməsi Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçının tvit hesabında da yüksək qiymətləndirilib:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti