...

Elektrik enerjisinin dayandırılması ilə bağlı hallar yeni qanunla müəyyən ediləcək

Cəmiyyət Materials 24 Fevral 2023 16:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən istehlakçıya elektrik enerjisinin verilişinin hansı hallarda dayandırılması yeni qanun layihəsi ilə müəyyən edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Elektroenergetika haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihsinə əsasən, elektik enerjisinin verilməsi aşağıdakı hallarda dayandırıla bilər:

- istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda
- elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra sərbəst olmayan istehlakçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən müəyyən edilən müddətdə, sərbəst istehlakçı tərəfindən isə elektrik enerjisinin techizatı müqaviləsi ilə nəzərdə tutulmuş müddətdə tam məbləğdə ödənilmədikdə techizatçının təşəbbüsü ilə
- techizatçı dəyişdikdə yeni təchizatçı ilə müvafiq müqavilə bağlanılmadıqda
- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yarığının və ya qaz sızmasının qarşısı alındıqda ötürücü və ya paylayıcı sistem operatorunun təşəbbüsü ilə
- məhkəmənin qararı ilə

- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
- təmir-profilaktika işləri aparılarkən yazılı xəbərdarlıq göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılması qadağandır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti