...

Azərbaycanda dövlət rüsumlarından biri ləğv edilir

Cəmiyyət Materials 28 Fevral 2023 10:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən etibarnamələrin verilməsinə görə onlar dövlət rüsumu ödəməkdən azad edilirlər.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən Azərbaycanda əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti