...

Azad olunmuş ərazilərdə daşınmaz əmlakın ilkin inventarlaşdırılması yekunlaşıb

Cəmiyyət Materials 17 Mart 2023 11:19 (UTC +04:00)
Azad olunmuş ərazilərdə daşınmaz əmlakın ilkin inventarlaşdırılması yekunlaşıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı tədbirlər davam etdirilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Xocalı, Kəlbəcər və Laçın rayonlarında ilkin inventarlaşma işləri tamamlanıb, 12,3 min ədəd tikili və 1,8 min ədəd infrastruktur obyekti olmaqla, ümumilikdə 14,1 min daşınmaz əmlakın çöl inventarlaşdırılma işləri tamamlanıb.

1,6 min km avtomobil yolunun, 292 km elektrik verilişi, 45 ki qaz təchizatı, 19 km su təchizatı xətlərinin, 249 km suvarma şəbəkəsinin inventarlaşdırılması başa çatdırılıb, 849 min hektar torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti