...

Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib - Çavuşoğlu

Cəmiyyət Materials 11 Mart 2023 23:35 (UTC +04:00)

Bakı. Trend:

Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, zəlzələ bölgəsinə ümumilikdə 90 ölkədən 11300 heyət gəlib.

"Artıq işlər bitdiyi üçün onlar ölkələrinə geri qayıtdı. Ən son Azərbaycandan gələn heyət qayıtdı. 32 səhra xəstaxanasından da hazırda 12-si fəaliyyət göstərir", - deyə M.Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti