Bakı. Trend:
Ali təhsil müəssisələrində yataqxanalarla bağlı vəziyyət əsas problemlərdən biridir.
Trend-in məlumatına görə, bunu bu gün deputat Musa Qasımlı Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
M.Qasımlı xaricdə təhsillə bağlı məsələyə də toxunub. “Vətəndaşlarımız gedib xaricdə təhsil ala bilərlər. Bu, onların hüququdur. Bəs biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun, həm də universitetlər keyfiyyətli kadr buraxsın", - deyə o qeyd edib.