...

Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2023 10:46 (UTC +04:00)
Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fiziki şəxs Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçirilib. Baxış zamanı müəssisədə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müşahidə edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti