...

Torpaqların istifadəyə və icarəyə verilməsində ciddi nöqsanlar var - Komitə sədri

Cəmiyyət Materials 17 Mart 2023 12:27 (UTC +04:00)
Torpaqların istifadəyə və icarəyə verilməsində ciddi nöqsanlar var - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Torpaqların istifadəyə və icarəyə verilməsində ciddi nöqsanlar mövcuddur. Elə rayonlar var ki, orada 10 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tikinti altına verilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Komitə sədri bildirib ki, həmin mənzil sahibləri mülkiyyət hüququnu təsdiq edən sənədləri ala bilmədikləri üçün uzun illərdir qeydiyyata düşə bilmirlər.

"Ünvansız və qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər. Onlar hər an evlərini tərk etmək qorxusu altında yaşayırlar. 100 minlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığını çəkməkdədir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti