...

Azərbaycanda dərman vasitələrinin istehsalına başlanılacaq

Cəmiyyət Materials 29 Mart 2023 12:53 (UTC +04:00)
Azərbaycanda dərman vasitələrinin istehsalına başlanılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dərman vasitələrinin istehsalına başlanılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib ki, dərman istehsalı sahəsində gerilik var:

“Amma indi Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisələrinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Türkiyədən, İsraildən və başqa ölkələrdən şirkətlər burada fəaliyyət göstərəcək. Bu istiqamətdə hökumət, müvafiq qurumlar işlərə başlayıb və gələcəkdə bunun nəticələrini görəcəyik”, - deyə Ə.Əmiraslanov bildirb.

Deputat İlham Məmmədov isə bildirib ki, ölkədə dərman istehsalının hansı vəziyyət olması məsələsi müzakirə edilməlidir. “Biz insanlarımızın sağlamlığını tək idxala bağlaya bilmərik. Dərman istehsalının hüquqi bazasının yaxşılaşdırılması üçün Səhiyyə komitəsi olaraq əlimizdən gələni etməliyik”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti