...

Xaçmaz rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2023 17:39 (UTC +04:00)
Xaçmaz rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Heydər Əliyev mərkəzində təşkil olunan tədbirin iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət rəsmlərlə tanış olublar.

Daha sonra Dövlət Himni səsləndirilib, soqyırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova erməni daşnaklarının tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə, deportasiya və soyqırımı siyasətindən danışıb. Qeyd edib ki, bu soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub.

Çıxış edən digər natiqlər bildirib ki, bu dəhşətli soyqırımı aktına Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1918-ci il soyqırımına dair genişmiqyaslı araşdırmalar aparılıb. Erməni millətçiləri tərəfindən törədilmiş cinayətlər haqqında yeni faktlar aşkara çıxarılıb.
Sonda məktəblilər 31 mart hadisələrinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti