...

İcra başçısı şəhid anasını doğum günü münasibətilə ziyarət edib (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2023 18:15 (UTC +04:00)
İcra başçısı şəhid anasını doğum günü münasibətilə ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsi şəhidi Davud Hacıyevin anası Validə Hacıyevanı 50 yaşı tamam olması münasibətilə yaşadığı ünvanda təbrik edib. Ona səmimi ürək sözlərini və təbriklərini çatdırıb. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Trend xəbər verir ki, Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Davud Hacıyev kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib.

Şəhid anası Validə Hacıyevada onunla eyni tarixdə doğum gününü qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevi təbrik edib, xoş arzularını səsləndirib. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Görüş zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anasını hədiyyə ilə sevindirib, Validə Hacıyevada öz növbəsində icra başçısına xatirə hədiyyəsini təqdim edib.

Sonda Elnur Rzayev şəhid anası ilə birlikdə doğum günü tortunu kəsib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti