...

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi zamanı köçürüləcək ağacların sayı açıqlanıb

Cəmiyyət Materials 6 Aprel 2023 16:28 (UTC +04:00)
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi zamanı köçürüləcək ağacların sayı açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması zamanı meşə və bələdiyyə fondlarında köçürüləcək ağacların sayı müəyyən olunub.

Trend-in məlumatına görə, yolun yenidən qurulması ilə bağlı ictimai dinləmədə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin və Ekoloji Normativ Sənədlərin Ekspertizası şöbəsinin müdiri Mübariz Əliyev bildirib ki, hazırda torpaq sahəsinə və ağaclara dəyəcək zərər hesablanır.

"Bu zərərə görə layihənin icrası çərçivəsində dövlətdən ayrılan vəsait hesabına podratçı şirkət tərəfindən ödəniş təmin ediləcək. Məsələn, İsmayıllının Talıstan meşəsində 1433 ağac, Qalıncaq meşəsində 2135 ağac, Şahdağ milli parkı ərazisində 1795 ağac, Yenikənd meşəbəyiliyi ərazisində 544 ağac və digər ərazilər də daxil olmaqla cəmi meşə fondu üzrə 4918 ağac, milli parklar üzrə 1820 ağacın kəsilməsi və ya köçürüləcəyi məlum olub. Bunlar hamısı qiymətləndirilib hesablanacaq. Yekun rəydə bunlar hamısı göstəriləcək", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti