...

Ağdamda qazıntı zamanı insan sümükləri aşkarlandı

Cəmiyyət Materials 7 Aprel 2023 09:17 (UTC +04:00)
Ağdamda qazıntı zamanı insan sümükləri aşkarlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda qazıntı zamanı insan sümükləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl də işğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Belkə ki, azad edilmiş ərazilərdə, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti