...

Bakıdakı Rus Evində ali məktəblər arasında qarşılıqlı fəaliyyət mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 8 Aprel 2023 03:52 (UTC +04:00)
Bakıdakı Rus Evində ali məktəblər arasında qarşılıqlı fəaliyyət mövzusunda tədbir keçirilib

Bakı. Trend:

Bakıdakı Rus Evində “Rus dili millətin kodu və millətlərarası ünsiyyət dili kimi” layihəsi çərçivəsində “Ali məktəblər arasında qarşılıqlı fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbir “Kinofestivallar və beynəlxalq proqramlar mərkəzi” avtonom qeyri-kommersiya təşkilatı və “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunub.

Layihənin təhsil hissəsinin seksiyası olan dəyirmi masa Azərbaycanın aparıcı ali məktəblərinin professor və müəllimlərini, Rusiya universitetlərinin nümayəndələrini, Rusiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Elm və Təhsil Nazirliyini bir araya gətirib.

Seksiyanın tematikası rusdilli müəllimlərin, pedaqoqların, alimlərin qarşılaşdığı ciddi problemlərin müzakirəsinə istiqamətlənib. Tədbir canlı dialoq, mehriban və müsbət atmosferdə keçirilib. Bütün məruzələr birgə fəaliyyətin planlaşdırılması perspektivi ilə məhsuldar diskussiyalarla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti