Bakı. Trend:
Azərbaycanda dərman vasitələri ilə bağlı xüsusi layihənin hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, təkcə dərman vasitələrinin qiyməti ilə bağlı yox, eyni zamanda keyfiyyəti, əlçatanlığı ilə bağlı hökumət yeni sənəd üzərində iş aparır. “Bu sənəd üzərində işlər artıq başa çatmaq üzrədir. Çox güman ki, yaxın zamanlarda biz belə bir sənədi görəcəyik. Həmin sənəddə dərman vasitələri ilə bağlı problemlərin həlli nəzərdə tutulur”, - deyə o əlavə edib.