...

Formula 1-ə görə daha bir neçə küçə bu gündən bağlanır

Cəmiyyət Materials 11 Aprel 2023 14:19 (UTC +04:00)
Formula 1-ə görə daha bir neçə küçə bu gündən bağlanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı açıqlamasında bildirilib.

Məlumata görə, hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti