...

Azərbaycanda bu il ÜDM-in həcmi açıqlanıb

Cəmiyyət Materials 14 Aprel 2023 12:54 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artıb.

ÜDM istehsalının 47,5 faizi sənaye, 9,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2991,2 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti