...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Cəmiyyət Materials 20 Aprel 2023 16:49 (UTC +04:00)
Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Bakı. Trend:

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 48 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 82 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 041 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 399 nəfər müalicə olunaraq sağalıb, hazırda 422 aktiv xəstə var. Bu günə qədər 10 220 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 002, bu günə qədər isə ümumilikdə 7 580 828 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti