...

AZAL-dan aksiya: mayın sonuna qədər populyar istiqamətlərə 25% güzəşt

Cəmiyyət Materials 20 Aprel 2023 18:30 (UTC +04:00)
AZAL-dan aksiya: mayın sonuna qədər populyar istiqamətlərə 25% güzəşt

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25% güzəşt təqdim edir.

Endirimli aviabiletləri 21-24 aprel tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bir sıra marşrutu üzrə 2023-cü il 3-31 may daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər.

Belə ki, AZAL-ın Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlarına 25% güzəşt tətbiq edilir: London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər).

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.

AZAL dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və ruzi-bərəkət, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti