...

Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 28 Aprel 2023 20:47 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 834 nəfər müalicə olunaraq sağalıb, 10 238 nəfər vəfat edib, aktiv xəstə sayı 244 nəfərdir.

Ölkədə son sutka ərzində 1 081, hazırkı dövrədək isə 7 588 338 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti